"Samtredia"nın kapitanı: "Qarabağ" yüksək səviyyəli klubdur"

"Bizi çox çətin oyun gözləyir. Bilirik ki, "Qarabağ" yüksək səviyyəli klubdur. Onlar davamlı olaraq Avropa turnirlərində oynayır. Yekun nəticədə qələbə qazanmağa və ya heç-heçə etməyə çalışacağıq. Bunun üçün hazırıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Gürcüstanın “Samtredia” klubunun kapitanı Giorgi Datunaşvili Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi ölkəsinin mətbuatına deyib.

Təcrübəli futbolçu Gürcüstan klublarının avrokuboklarda son illərdə ilkin mərhələlərdəki uğursuz çıxışına da toxunub: "Amma biz çalışacağıq ki, bu maneənin öhdəsindən gələk. Öz adımdan bunun üçün ən yaxşısını etməyə söz verirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right