"Qarabağ"dan darmadağın YENİLƏNİB

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Newsport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulacaq. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunur.

Qarşılaşma “Qarabağ”ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

11 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsiniin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0 
Qollar: 
Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right