“Qarabağ”ın nəticələri mənim üçün maraqlı deyil” - Tsetsadze

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze oyundan öncə mətbuat konfransı keçirib.

Newsport.az saytının məlumatına görə, gürcü mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- “Samtredia”da futbolçular arasında ümumi əhval ruhiyyə necədi?
- Komandada hazırda hər şey yaxşıdı.

- Komandanın oyunundan razısız?
- Bəli, komandamın oyunundan razıyam. Bundan öncə də Bakıda oynamışdıq. Matça tam hazırıq.

- Ötən il “Qəbələ”yə 1:5 hesabıyla uduzmuşduz...
- Keçən ilkiylə müqayisədə komanda daha təcrübəlidi.

- Sabahkı oyunda qeydə alınacaq heç-heçə sizi qane edəcək?
- Bunu sabahkı oyundan sonra özünüz görəcəksiz. Fikrimcə, bizim üçün yaxşı oyun olacaq.

- Bizdə “Qarabağ”la “Qəbələ” həmişə müqayisə olunur. Sizcə, bu komandalardan hansı daha üstündü?
- Məncə, “Qarabağ” daha güclüdü.

- Komanda avrokubokda ev oyunlarını niyə Tiflisdə keçirir?
- Samtrediadakı arena standartlara cavab vermədiyindən, ev oyunlarımızı Tiflisdə keçiririk. Lakin “Dinamo-Arena”nı sırf mənim istəyimlə seçmişik.

- “Qarabağ”da hansı oyunçunu fərqləndirərdiz?
 “Qarabağ” “Qəbələ”dən daha güclü komandadır. Komandanın ardıcıl 4 dəfə çempion olması da bunu sübut edir. Ümumiyyətlə, “Qarabağ”ın bir neçə oyununu izləmişik və bizə çətin olacağını düşünürük.

- Rəqib yoxlama oyunlarında məğlub olub...
“Qarabağ”ın yoxlama oyunlarında məğlub olması rəqibin zəif olmasından xəbər vermir: “Qarabağ”ın yoxlama oyunlarının nəticəsi mənim üçün maraqlı deyil. Ümumiyyətlə, yoxlama oyunlarında qeydə alınan nəticə rəsmi oyunlara təsir etmir. Məncə, “Qarabağ” sabah öz oyununu meydana qoyacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right