Riçard Almeyeda "Samtredia"ya qarşı oynayacaq?

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.

Newsport.az saytının məlumatına görə, Ağdam klubu bu qarşılaşmaya ciddi itki ilə çıxa bilər. Əldə etdiyimiz məlumata görə, Ağdam təmilçisinin baş məşqçisi Qurban Qurbanov Riçard Almeydanın xidmətindən istifadə etmək niyyətində deyil.

Belə ki, millimizin Şimali İrlandiyaya qarşı keçirdiyi matçda qasıq nahiyəsindən zədə alan milliləşdirilmiş futbolçu oynamaq üçün tam hazır vəziyyətdə deyil. Qurban Qurbanov zədənin daha da ciddi olmaması üçün Almeydaya istirahət verməyi planlaşdırır.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Samtredia" görüşü saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right