Deputat oğlu "Qəbələ"dən sonra "Qarabağ" üçün gəlir

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) matçının türkiyəli baş hakimi Mete Kalkavan 1 ildən sonra yenidən Bakıya gələcək.

Newsport.az-ın məlumatına görə, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə ədaləti təmsil edəcək türkiyəli FİFA referisi ötən il paytaxtımıza səfər etmişdi. Kalkavan iyulun 21-də keçirilən "Qəbələ" - MTK matçını (2:0) idarə etmişdi. "Qəbələ"nin heyətində Vojilav Stankoviç sarı vərəqə ilə cəzalandırılmışdı. Türkiyəli hakim Macarıstan klubundan 2 futbolçuya sarı vərəqə göstərmişdi.

 Kalkavan 2016-cı ildə də ölkəmizdə səfər etmişdi. Mete həmin vaxt AÇ-2016-nın seçmə mərhələsinin Azərbaycan – Malta oyununda (2:0) əlavə köməkçi hakimi olub. Kalkavan millimizin AÇ-2016-nın seçmə mərhələsində İtaliyaya 1:2 hesabı ilə uduzduğu görüşdə də əlavə hakim köməkçisi funksiyasını yerinə yetirib.

37 yaşlı referinin atası Əhməd Kalkavan CHP-nin millət vəkilidir.

1999-cu ildən hakimliyə başlayan Kalkavan Super Liqada 2012-ci ildə debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right