Öncə "Qarabağ", sonra "Samtredia"

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Samtredia” (Gürcüstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Newsport.az-ın məlumatına görə, iyulun 10-da “Azərsun Arena”nın mətbuat zalında ilk olaraq təmsilçimizin baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq.

Ağdamlıların son məşqi isə saat 19:00-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Samtredia”nın baş məşqçisi isə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Gürcüstan təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını “Azərsun Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right