"Qarabağ" - "Samtredia" matçına ilk gündə 2500 bilet satıldı

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Gürcüstan "Samtredia"sı arasında keçiriləcək qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb.

Newsport.az-ın məlumatına görə, azarkeşlər hər gün saat 10:00-dan 19:00-a kimi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından bilet əldə edə bilər. 

Ağdam klubundan verilən açıqlamaya görə, artıq ilk gündə 2500 bilet öz sahibini tapıb.

Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-i saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13, 29, 38 və 14-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right