Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) qarşılaşmasının biletləri satışa çıxıb.
Newsport.az-ın məlumatına görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-i saat 21:00-da start götürəcək.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.