"Qarabağ" - "Samtredia": biletlər satışa çıxır

Çempionlar Liqasının II təsnifat mərhələsində  keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxır.
Newsport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər sabah - iyulun 7-si saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-i saat 21:00-da başlayacaq.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13, 29, 38 və 14-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right