"Qarabağ"ın cavab matçının başlama saatı müəyyənləşdi

Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın II təsnifat mərhələsində “Samtredia” səfər matçının başlama saatı açıqlanıb.

Newsport.az saytının məlumatına görə, iyulun 18-də Tiflisdə baş tutacaq cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da start baş tutacaq.

Qarşılaşma Boris Payçadze adına “Dinamo” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçının ilk dueli iyulun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyunun start fiti 21:00-da səslənəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right