Çempionlar Liqasında 1-ci mərhələyə yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində 5 qarşılaşma baş tutub.


Bu raundda qitənin ən zəif 10 çempionu mübarizə aparır. Bu gün keçirilən oyunlardan sonra bu komandalardan 5-i 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Bunlar "Hibernians", "Vikinqur", TNS, "Alaşkert" və "Linfild" olub.


Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” da məhz 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ağdam klubu bu mərhələdə Gürcüstan “Samtredia”sı ilə üz-üzə gələcək.


UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunları)
4 iyul


“Trepça” (Kosovo) - “Vikinqur” (Farer adaları) - 1:4
İlk oyun - 1:2


“İnfonet” (Estoniya) - “Hibernians” (Malta) - 0:1
İlk oyun - 0:2


“Europa” (Cəbəllütariq) - TNS (Uels) - 1:3
İlk oyun - 2:1


“Santa-Koloma” (Andorra) - “Alaskert” (Ermənistan) - 1:1
İlk oyun - 0:1


“La Fiorita” (San-Marino) – “Linfild” (Şimali İrlandiya) - 0:0
İlk oyun – 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right