"Qarabağ"ın ÇL-də rəqibi bəlli oldu YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə I təsnifat mərhələsinin 5, II təsnifat mərhələsinin 17 cütünün tərkibi müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ"ın rəqibi məlum olub.

Ağdam təmsilçisi yarışa ikinci təsnifat mərhələsindən başlayacaq. 

 

Çmpionlar Liqası

II təsnifat mərhələsi 

“Qarabağ” II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.

İlk oyunlar 11-12 iyulda, cavab matçları isə 18-19 iyulda keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right