" Hazırda ən yaxşı formadayıq" Zinəddin Zidan

"Finala hazırıq. Bura gəlmək üçün çox çalışdıq. La Liqanı qazandıq. Hazırda ən yaxşı formadayıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Yuventus"la oyun öncəsi deyib.

O, görüşün favoriti olmadıqlarını bildirib: "Hər finalda favorit sayılırıq. Amma əslində belə deyil. Heç bir komandanı favorit görmürəm. Şanslar bərabərdir".

Fransalı mütəxəssis Turin təmsilçisinin yaxşı müdafiə olunduğunu vurğulayıb: "Ancaq onların tək üstünlüyü bu deyil. Hücumda da yaxşı təsir bağışlayırlar və komanda oyunu nümayiş edirirlər".

Z.Zidan komandanın qol silahı Kriştiano Ronaldo haqda da danışıb: "Ronaldo ilə birgə oynasaydıq, komandanın ulduzu o olardı. Çünki qolları Ronaldo vurardı. O, həmişə daha çoxunu istəyir. Ondakı qələbə əzmini sevirəm. Ronaldo lider kimi doğulub".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right