"Yuventus" üçün 9 milyon avroluq mükafat

"Yuventus" futbolçuları Çempionlar Liqasının qalibi olacağı təqdirdə klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Newsport.az-ın məlumatına görə, bunun üçün rəhbərlik 9 milyon avro mükafat ayırıb. Komanda finalda "Real"a qalib gələrsə, 26 futbolçunun hər biri 350 min avro alacaq.

Bundan başqa, klub rəhbərliyi futbolçulara bahalı avtomobillər də hədiyyə edəcək. Klub prezidenti Andrea Aqnelli futbolçularla görüşdə onların hər birinə ən son model "Ferrari" bağışlayacağını söz verib. 

Qeyd edək ki, Aqnelli "Fiat" və "Ferrari" şirkətlərinin sahibidir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right