Çempionlar Liqası ilə bağlı tarixi qərar

UEFA Çempionlar Liqasıyla bağlı bir neçə tarixi qərar verib.

Newsport.az-ın məlumatına görə, qrumun saytının yaydığı məlumata görə, qitənin ən nüfuzlu klub turnirinin 2018/19 mövsümündən etibarən bir neçə dəyişiklik olacaq.

Dəyişikliklərdən biri oyunların keçirilmə vaxtıyla bağlıdı. Yeni qərara əsasən, eyni gündə baş tutacaq oyunlardan ikisi Bakı vaxtıyla saat 21:00-da, qalanları isə 23:00-da keçiriləcək.

Bundan başqa, Avropa Liqasını qalib başa vurmuş komanda qitənin ən nüfuzlu klub turnirində mübarizəyə indiki kimi pley-off-dan yox, birbaşa qrup mərhələsindən qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right