Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq 22 komanda SİYAHI

"Qarabağ" klubu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Qurban Qurbanovun komandası qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsinə vəsiqə qazanmağı bacarsa, səpələnmişlər sırasında yer alacaq. Bu isə münasib rəqiblə düşəcəyimiz deməkdi. Hesabında 18,050 bal olan "Qarabağ"ın yüksək reytinqi ona bu yay nisbətən zəif rəqiblə düşməyə və nəticədə ilk dəfə pley-offa çıxmağa imkan verəcək. 

Newsport.az-ın məlumatına görə, 22 komanda bu mövsüm ÇL-nin qrupuna birbaşa vəsiqə əldə edib.

Aşağıda adları qeyd edilən klublar qrupa birbaşa vəsiqə qazanıb:

İspaniya: «Real», «Barselona», «Atletiko» 
Almaniya: «Bavariya», «RB Leyptsiq», «Borussiya» Dortmund
İngiltərə: «Çelsi», «Tottehem», «Mançester Siti», «Mançester Yunayted» 
İtaliya: «Yuventus», «Roma»
Fransa: «Monako», «PSJ» 
Portuqaliya: «Benfika», «Portu» 
Rusiya: «Spartak» 
Ukrayna: «Şaxtyor» 
Belçika: «Anderlext» 
Türkiyə: «Beşiktaş» 
İsveçrə: «Bazel» 
Hollandiya: «Feyenoord»

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right