Çempionlar Liqasının finalında bir ilk

Çempionlar Liqasının finalında keçiriləcək “Yuventus” - “Real” oyunu  bir yeniliklə yadda qalacaq.
Newsport.az-ın məlumatına görə, görüş  üstüqapalı stadionda keçiriləcək. Bu isə ÇL-in tarixində bir ilkdir.
Uels Futbol Federasiyasının yaydığı açıqlamada deyilir ki, bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsinə görə təhlükəsizlik tədbirləri gücləndirilib. Məhz bu səbəbdən federasiya paytaxt Kardiffdəki “Millenium” stadionunu üstünü qapatmağı uyğun sayıb.
Final matçından bir gün əvvəl baş tutacaq hər iki komandanın məşqi də qapalı vəziyyətdə olacaq.
Qeyd edək ki, “Yuventus” – “Real” oyunu iyunun 3-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right