"Finala qədər irəliləmək heç bir şeyi ifadə etmir" - Buffon

“İlk oyunda əldə etdiyimiz nəticəyə baxmayaraq, çox çətin idi. Əgər oyuna arxayın çıxsaydıq, rəqib bizə çətin anlar yaşadacaqdı”.

Newsport.az-ın məlumatına görə, bu sözlər “Yuventus”un qapıçısı Canluici Buffona məxsusdur.

Turin təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Monako”ya qalib gəlib və 2 oyunun nəticəsinə görə finala adlayan tərəf olub.

Oyundan sonra İtaliya mətbuatına açıqlama verən 39 yaşlı “çərçivə qoruyucu”su fikirlərini bildirib: “Rəqib bizə olduqca çətin anlar yaşatdı. Amma həmişə olduğu kimi, bu dəfə də istənilən mövqedə ideal olduğumuzu sübut etdik. Finaldayıq və bunun ilk hədəfimiz olduğunu deməyəcəm. Finala qədər irəliləmək heç bir şeyi ifadə etmir, əsas olan qalib adını qazanmaqdır”.

Karyerası boyunca Çempionlar Liqasının qalibi ola bilməyən Buffon bu sevinci yaşamaq istədiyini dilə gətirib: “Çox xoşbəxtəm və düşünürəm ki, hazırda yaxşı formadayam. Əgər böyük bir komanda olmasaydıq, finala qədər irəliləyə bilməzdik. 2 il öncə hər kəs Çempionlar Liqasında sonuncu finalım olduğunu zənn edirdi, mən də belə düşünürdüm. Ancaq xəyallarımıza inanmağa davam etməliyik”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right