"Yuventus" - "Monako" matçının hakim təyinatları açıqlandı

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Yuventus" - "Monako" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçın baş hakimi Hollandiya Futbol Federasiyasından Byörn Kuypers olacaq.

9 may

Çempionlar Liqası

Yarımfinal mərhələsinin cavab qarşılaşması

22:45 Yuventus – Monako

Baş hakim: Byörn Kuypers

Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra

Köməkçi hakimlər: Denni Makkelie, Pol van Bokel

Dördüncü hakim: Mario Diks (hamısı Hollandiya)

Hakim-inspektor: Vlado Sayn (Sloveniya)

UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)

Qeyd edək ki, "Yuventus" - "Monako" görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda "Yuventus" 2:0 hesabı ilə qalib gəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right