Cüneyt Çakır Madrid derbisində!

Türkiyəli hakim Cüneyt Çakır daha bir mühüm oyuna təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Atletiko" - "Real" cavab matçının baş hakimi olacaq. C. Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Əmrə Eyisoy yerinə yetirəcək.

Madrid derbisi mayın 10-u Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right