"Real" böyükhesabla qalib gəldi YENİLƏNİB

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
 
Newsport.az-ın məlumatına görə, İspaniya paytaxtında "Real Madrid"lə "Atletiko" komandaları üz-üzə gələcək. 
 
"Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq qarşılaşmanı ingiltərəli referi Martin Atkinson idarə edəcək. 
 
Bu komandalar 2013-2014 və 2015-2016 mövsümlərində ÇL-in finalında, 2014-2015 mövsümündə isə 1/4 finalda üz-üzə gəliblər. Hər üç halda "Real Madrid" qələbəyə nail olub. İspaniya La Liqasında çempionluq şansını itirən Dieqo Simeonenin komandasının "kral klubu" ilə oyuna qisas hissi ilə çıxacağı gözlənilir. 
 
"Real Madrid" isə ardıcıl 7-ci dəfə ÇL-in yarımfinalına yüksəlir. Bununla da Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv "Barselona"ya məxsus rekordu təzələyib. 
 
Çempionlar Liqası

Yarımfinal, ilk oyun

2 may

22:45. “Real” (İspaniya) - “Atletiko” (“İspaniya) - 3:0 
Qollar:
 Ronaldo, 10; 73; 86
Baş hakim: Martin Atkinson (İngiltərə)
"Santyaqo Bernabeu" stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right