"Monako" - "Yuventus" matçında ispan hakimlər

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" ilk oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az saytının məlumatına görə, matçı Antonio Mateu Laosun başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək. Ona Pau Kebrian Devis və Xavyer Aquilar Rodriqes köməklik edəcək. Dördüncü hakim funksiyasını Teodo Sobrino Magan yerinə yetirəcək.

Qeyd edək ki, "Monako" - "Yuventus" görüşü mayın 3-ü keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right