Çempionlar Liqasında Madrid derbisi olacaq YENİLƏNİB

Bu gün Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb.

Newsport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbir iki hissədən ibarət olub.

Püşk İspaniyanın iki təmsilçisi “Real” və “Atletiko”nu üz-üzə qoyub. Yarımfinalda Madrid təmsilçilərinin iştirakı ilə 2 paytaxt derbisi keçiriləcək. Digər cütdə isə İtaliya çempionu “Yuventus” və Fransa “Monako”su qarşılaşacaq.

Ardınca isə Uelsin paytaxtı Kardiffdə baş tutacaq final matçının nominal meydan sahibi bəlli olub. Püşkün nəticəsi “Yuventus” – “Monako” cütünün qalibini görüşün ev sahibi seçib.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları mayın 9-10-da keçiriləcək. Final görüşü isə iyunun 3-də oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right