"Borussiya"nın avtobusu saxlanıldı, oyun gecikdi

Çempionlar Liqasında Fransanın "Monako" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək 1/4 final mərhələsinin cavab görüşünün startı 5 dəqiqəyədək təxirə salınıb.
 
Newsport.az-ın məlumatına görə, səbəb "Borussiya"nın avtobusunun polis tərəfindən heç bir səbəb olmadan 20 dəqiqə saxlanılmasıdır. Bununla əlaqədar oyun Bakı vaxtı ilə saat 22:45-də yox, saat 22:50-də başlanacaq. 
 
Qeyd edək ki, ilk görüş öncəsi Dortmundda "Borussiya"nın avtobusu qarşısında 3 partlayış olub. Bundan sonra oyun bir gün ertələnib. Partlayış nəticəsində Dortmund komandasının futbolçusu Mark Bartra zədələnib. Matç isə "Monako"nun qələbəsi ilə yekunlaşıb - 3:2. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right