Almanlar uduzdu, ispanlar qalib gəldi YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. 

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma keçiriləcək. 

Günün ilk matçı Dortmundda oynanılacaq. “Borussiya” - “Monako” görüşü dünən keçirilməli olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı. 

Əsas diqqətlər Münhenə yönələcək. “Bavariya” öz meydanında “Real”ı qəbul edəcək. Bu görüşü erkən final da adlandırmaq olar. 

Madriddə keçiriləcək matda isə “Atletiko” “Lester”lə münasibətlərinə aydınlıq gətirəcək. Buna qədər sensasiyaya imza atan “Lester”in “Atletiko” qarşısındakı çıxışı maraq doğurur. 


Çempionlar Liqası

1/4 final, ilk oyunlar

12 aprel

22:45. "Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 1:2 
Qol: 
Arturo Vidal, 25 (1:0), Ronaldo, 47 (1:1), 77 (1:2)
Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya") 
Reallaşdırılmayan penalti: Arturo Vidal, 45+1 ("Bavariya")

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Lester" (İngiltərə) - 1:0 
Qol:
 Qrizmann, 28-pen.

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa) - 2:3 
Qol:
Mbappe, 19 (0:1), Bender, 35-avtoqol (0:2), Dembele, 57 (1:2), Mbappe, 79 (1:3), Kaqava, 84 (2:3) 
11 aprel





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right