Dortmundda partlayış: Oyun təxirə salındı

Çempionlar Liqasının 1/4 finalında bu gün keçirilməli olan “Borussiya” – “Monako” oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb “Borussiya”nın futbolçularını oyuna aparan avtobusun yaxınlığında bomba partladılması olub. Partlayış “Siqnal İduna Park” stadionundan 10 kilometrlik məsafədə törədilib. Komandanın ispaniyalı müdafiəçisi Mark Bartra yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, matçın sabah Bak vaxtı ilə 20:45-də keçirilməsi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right