“Monako" və "Atletiko" 1/4 finalda YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, keçiriləcək iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olacaq.


"Monako" Fransada "Mançester Siti"ni qəbul edəcək. İngiltərədə keçirilən ilk görüşdə 5:3 hesablı qələbə qazanan "şəhərlilər" səfərdə bu üstünlüyünü qorumağa çalışacaq. Fransızlar isə mərhələ keçmək üçün səfərdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmalıdır.

Digər görüşdə isə "Atletiko" "Bayer Leverkuzen"i qəbul edəcək. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu cütün favoriti hesab edilir.

Qeyd edək ki, 1/4 final mərhələsinin 6 iştirakçısı bəllidir. Bunlar "Lester", "Yuventus", "Real", "Barselona", "Borussiya" (Dortmund) və "Bavariya"dır. 
 



15 mart

Çempionlar Liqası  


1/8 final mərhələsi, cavab oyunları

“Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə) 3:1
Qollar: 
Mbappe, 8 (1:0), Fabinyo, 29 (2:0), Sane, 71 (2:1), Bakayoko, 77 (3:1)
İlk oyun - 3:5

“Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya) 0:0
İlk oyun
 - 4:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right