Ançelotti finalda "Real"la qarşılaşmaq istəyir

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasındakı perspektivi haqda danışıb.

Newsport.az-ın məlumatına görəİtaliyalı mütəxəssis qeyd edib ki, sabiq klubu “Real”la finalda görüşmək istəyir:

“Real”la 1/4 finalda qarşılaşmaq istəməzdim. Yaxşı olardı ki, bu komanda ilə Kardiffdəki finalda üz-üzə gələk.

“Arsenal”la cavab matçına yaxşı başlamadıq. İlk oyundakı böyükhesablı yenilgidən sonra matça tam konsentrasiya olmaq çətin idi. Oyundan əvvəl futbolçulara tapşırıqlarımızı versək də, ilk yarıda oyun istədiyimiz kimi getmədi”.

Xatırladaq ki, 2 mövsüm “Real”ı çalışdıran Ançelotti komandanı 2015-ci ilin mayında tərk edib.

O, Madrid klubu ilə İspaniya Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası dünya çempionluğunu qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right