"Borussiya" və "Barselona" 1/4 finalda! YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, "Barselona" PSJ-ni, "Borussiya" isə "Benfika"nı qonaq edəcək.

Parisdə PSJ qarşısında duruş gətirə bilməyərək darmadağın olan "Barsa" (0:4) revanş oyununda bu acı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Günü digər matçında Dortmund "Borussiya"sı ilk oyunda məğlub olduğu "Benfika"nı sınağa çəkəcək. Almanlar görüşün favoriti olsa da, ilk oyunda qələbə qazanan portuqalların da şansları az deyil.



Çempionlar Liqası  

1/8 final mərhələsi, cavab oyunları

8 mart

23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa) 6:1
Qollar: 
Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)
İlk oyun - 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) 4:0
Qollar: 
Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80
İlk oyun - 0:1


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right