Zidan: "Bu stadiondakı atmosfer mənə yaxşı tanışdır"

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Napoli”yə qarşı keçirəcəkləri görüşdən danışıb. 

Newsport.az-ın məlumatına görə, fransız məşqçi görüşün çətin keçəcəyini bildirib: 

“Biz az uduzan komanda ilə qarşılaşırıq. “Napoli” xüsusən də evdə məğlub olmağı sevmir. Bu stadiondakı atmosfer mənə yaxşı tanışdır. Futbolçu kimi bu arenada dəfələrlə meydana çıxmışam. “Napoli”nin əla azarkeşləri var. 

Güclü komandaya qarşı oynayacağıq. Hesab edirəm ki, bizi möhtəşəm qarşılaşma gözləyir. “Napoli” ilk dəqiqələrdən hücuma atılacaq. Lakin biz diqqəti əldən verməməliyik. İnanıram ki, yekunda mərhələni adlayan tərəf biz olacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right