"Bavariya" və "Real" 1/4 finalda YENİLƏNİB

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

Newsport.az-ın məlumatına görə, bu gün keçirilən 2 görüşdən sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olub.

“Arsenal” öz meydanında “Bavariya”nı qəbul edib. Münhendə 5:1 hesablı qələbə qazanan “Bavariya” London səfərində də eyni hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Napoli” - “Real” matçında da qonaqlar mərhələ adlayıb. İlk görüşdə 3:1 hesa
bı ilə qalib gələn Madrid klubu eyni ssenari ilə Neapolda da rəqibini üstələyib.


Çempionlar Liqası  

1/8 final mərhələsi, cavab oyunları

7 mart

23:45. “Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5 
İlk oyun
 - 1:5
Qol: Uollkot, 20 (1:0), Levandovski, 55-pen. (1:1), Aryen Robben, 68 (1:2), Duqlas Kosta, 78 (1:3), Arturo Vidal, 80 (1:4), 85 (1:5)
Qırmızı vərəqə: Koselni, 53 ("Arsenal")

23:45. “Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun
 - 1:3
Qol: Mertens, 24 (1:0), Serxio Ramos, 52 (1:1), 57 (1:2), Morata, 90+1 (1:3)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right