"Yuventus" 1/4 finala bir addım da yaxınlaşdı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, “Yuventus” səfərdə “Portu” ilə qarşılaşıb. "Əjdahalar" oyunun ilk hissəsində Aleks Tellesin qırmızı vərəqə almasıyla çətin vəziyyətdə qalıb. Oyunun taleyini Massimiliano Alleqrinin əvəzetmələri həll edib. Belə ki, "Yuventus" baş məşqçinin sonradan oyuna qoşduğu Marko Pyatsa və Dani Alveşin qollarıyla çətin səfər oyunundan 2:0 hesablı qələbəylə ayrılıb. Bu qələbə "qoca sinyora"ya 1/4 finala vəsiqə baxımından böyük şans verir. 

 

"Portu" - "Yuventus"  0:2

Qollar: Pyatsa, 72. Dani Alveş, 74.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right