“Yuventus” Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi qitənin ən nüfuzlu klub turniri üçün 24 futbolçu sifariş edib.
Qapıçılar: Canluici Buffon, Neto, Audero
Müdafiəçilər: Corcio Kyellini, Medhi Benatia, Aleks Sandro, Andrea Barzali, Leonardo Bonuççi, Dani Alves, Daniele Ruqani, Stefan Lixtştayner
Yarımmüdafiəçilər: Miralem Pyaniç, Sami Kedira, Klaudio Markizio, Federiko Mattiello, Mario Lemina, Kvadvo Asamoa, Stefano Sturaro, Tomas Rinkon
Hücumçular: Xuan Kuadrado, Qonzalo İquain, Mario Mancukiç, Marko Pyaça, Paulo Dibala
Qeyd edək ki, “Yuventus” ÇL-nin 1/8 final mərhələsində “Porto” ilə qarşılaşacaq.