Çempionlar Liqasında bu gecə baş tutan qarşılaşmalarla qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Newsport.az-ın məlumatına görə, C qrupunda yer alan "Borussiya" Münhenqladbax və "Barselona" komandaları Almaniyada üz-üzə gəlib. Kataloniya təmsilçisi 0 - 1 hesabı ilə geridə olmasına baxmayaraq matçdan 2 - 1 hesablı qələbə ilə ayrılmağı bacarıb.
"Borussiya" Münhenqladbax - "Barselona" 1:2
Qollar: Torqan Azar, 34 - Arda Turan, 65, Xerard Pike, 74