"Qarabağ"ın Avropa təcrübəsi kifayət qədərdi"

“Qrup mərhələsinin ilk turunda gördük ki, Avropa Liqasında böyük sürprizlər qeydə alınır. “Qarabağ” kifayət qədər Avropa təcrübəsi olan komandadı”.

Newsport.az-ın məlumatına görə, bunu “Fiorentina”nın baş məşqçisi Paulo Souza deyib.

İtaliya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma öncəsi keçirilən mətbuat konfransında Souza hədəflərinin 3 xal qazanmaq olduğunu bildirib: “Qarabağ” artıq 9 ildi eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Meydana düzgün taktika ilə çıxmalı və rəqibə başqa yollarla problem yaratmalıyıq. Oyuna çox yaxşı hazırlaşmışıq. İndi bacardığımızı meydanda göstərmək vaxtıdı. Qələbə qazanmaq üçün ac olmalıyıq”.
 
“Sabahkı matçda qələbə qazanmasanız, bunu uğursuzluq sayacaqsınızmı” sualına portuqaliyalı mütəxəssisin cavabı belə olub: “Mənim əsas məqsədim komandamda sağlam münasibət formalaşdırmaqdı. Mövsüm ərzində eniş və yüksəlişlər olur. Hücum və müdafiə arasındakı fərq nələrdi? Jurnalistika nəticə ilə yaşayır, ancaq komanda “artırmaqla”.
 
Qeyd edək ki, sabah “Artemio Franki” stadionunda keçiriləcək “Fiorentina” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (Apasport.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right