"Beşiktaş" "Dinamo" Kiyevlə matça ciddi itki ilə çıxacaq

Çempionlar Liqasında B qrupunda mübarizə aparan "Beşiktaş" 2-ci tur matçında doğma meydanda "Dinamo" Kiyevi qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, "qara qartallar" Ukrayna təmsilçisi ilə oyuna ciddi itki ilə çıxacaq. Belə ki, sol ayağında ağrılar olan Gökhan Gönül bu görüşdə iştirak edə bilməyəcək. Türkiyə millisinin üzvünün komandasına nə vaxt kömək edəcəyi hələ məlum deyil.

Qeyd edək ki, "Beşiktaş" - "Dinamo" Kiyev qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right