Çempionlar Liqası: "Monako", "Seltik" və "Portu" qrup mərhələsində

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Bu oyunlardan sonra qrup mərhələsinə yüksələcək 5 komandanın adı bəlli olub.

"Qarabağ"ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran "Viktoriya" (Çexiya) öz meydanında Bolqarıstanın "Ludoqorets" klubunu qəbul edib.

"Seltik" (Şotlandiya) İsraildə "Hapoel"in qonağı olub.

"Legiya" Polşada "Dandalk"ı (İrlandiya), "Roma" öz meydanında "Portu"nu qəbul edib.
 
İspaniyanın "Vilyareal" klubu isə Fransada "Monako"nun qonağı olub.

Pley-off-un digər 5 oyunu sabah keçiriləcək.




23 avqust

Çempionlar Liqası


Pley-off mərhələsinin cavab oyunları


“Viktoriya” (Çexiya) - “Ludoqorets” (Bolqarıstan) 2:2
İlk oyun – 0:2
Qollar: 
Duris, 7 (1:0), Vura, 17 (1:1), Mateju, 61 (2:1), Keseru, 90+5 (2:2) 

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Seltik” (Şotlandiya) 2:0
İlk oyun – 2:5
Qollar: 
Sahar, 21 (1:0), Hoban, 48 (2:0)

“Legiya” (Polşa) - “Dandalk” (İrlandiya) 1:1
İlk oyun – 2:0
Qollar: 
Benson, 19 (0:1), Kuçharzik, 90+2 (1:1)
Qırmızı vərəqə: Hlousek, 67 ("Legiya")

“Roma” (İtaliya) - “Porto” (Portuqaliya) 0:3
İlk oyun – 1:1
Qollar: 
Monteiro, 8 (0:1), Layun, 73 (0:2), Korona, 75 (0:3)
Qırmızı vərəqələr: De Rossi, 39; Emerson, 50 (hər ikisi "Roma")

“Monako” (Fransa) - “Vilyarreal” (İspaniya) 1:0
İlk oyun – 2:1
Qol: 
Fabinho, 90+1 (1:0)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right