UEFA-dan Fələstin bayrağına görə cəza

Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk qarşılaşması çərçivəsində keçirilən "Seltik” – "Hapoel” (Beyr Şeva) matçında meydan sahiblərinin azarkeşlərinin tribunaları Fələstin bayraqları ilə bəzəməsi cəzasız qalmayıb.
Newsport.az-ın məlumatına görə, UEFA məlum məsələ ilə bağlı ölçü götürüb.

Belə ki, Şotlandiya təmsilçisi azarkeşlərinin Fələstinə dəstək verməsinə görə 34 min funt-sterliqn dəyərində cərimələnib.
Qeyd edək ki, son 5 ildə UEFA "Seltik”i azarkeşlərinə görə 8 dəfə cəzalandırıb.
Sözügedən qarşılaşma isə meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right