Tahir Gözəl: “Tarixi şansı əldən verdik”

"Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya çempionu "Viktoriya"ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 1:1 hesabıyla bitən görüşdən (ilk oyun 0:0) sonra bunları söyləyib:

- Ürəyim ağrıyır. Komandamız yaxşı oynadı. Matça biz nəzarət edirdik. Ən azı 3-4 qol şansını boşa verdik. "Viktoriya" isə bircə qol vəziyyəti yaratdı, qol vurdu. Tarixi şansı əldən verdik.

- Razısınız ki, komandada hücumçu çatışmazlığı var?
- Bu işlərlə Qurban Qurbanov məşğul olur. Hücumçu problemini bir yana qoyaq. Oyun bizim olmalı idi. Buna baxmayaraq, mübarizəni davam etdiririk. Avroliqada komandamızın uğurlu olacağına inanırıq.

- "Qarabağ" qol şanslarını boşa verəndə belə aqibətlə üzləşəcəyinizi düşündünüz?
- Həmişə belə şeylərdən ehtiyatlanıram. Ona görə də son saniyəyə qədər sevinmək lazım deyil.

- Siz hər dəfə hədəfinizin ÇL-in qrupunda oynamaq olduğunu deyirsiniz, amma bunun üçün konkret addımlar atmırsınız, komandanı gücləndirmirsiniz...
- "Viktoriya" rəhbərliyi ilə söhbətimiz oldu. Onlar deyirlər ki, böyük klub deyilik. Oyunlarına 12 min azarkeş gəlir. Bizim oyunlarımıza çox yox, ən azı 5 min azarkeş gəlsə, bizə çox böyük kömək olar. Sponsor istənilən halda kömək etməyə hazırdır. Tutaq ki, oyunçu alsaq, kim zəmanət verə bilər ki, o, sabah bizə qrup mərhələsinə vəsiqə qazandıracaq?

- Belə oyundan sonra Avroliqaya hazırlaşmaq çətin olmayacaq?
- Oyundan sonra uşaqlara da dedim ki, yaxşı oynadınız. İnanıram ki, Avroliqada da belə oynayacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right