“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı YENİLƏNİB

Bu gün Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, qitənin ən nüfuzlu turnirində mübarizə aparan təmsilçimiz "Qarabağ” növbəti ciddi matçına çıxacaq. Ağdam təmsilçisi doğma azarkeşləri önündə Çexiyanın "Viktoriya” komandasını qəbul edəcək. 
 
"Köhlən atlar" ötən həftə Çexiyada baş tutan ilk matçda "Viktoriya" ilə bərabərə qalıb ki, bu da təmsilçimiz üçün münasib nəticədi. Sadəcə, səfərdəki qarşılaşmanın qolsuz bitməsi işimizi bir qədər çətinləşdirir. Belə ki, istənilən qollu heç-heçə qonaqları pley-offa daşıyacaq. Həmçinin çexlər Bakıda qol vuracaqları halda, "Qarabağ" mütləq qalib gəlməli olacaq. Əks təqdirdə isə "Qarabağ” ÇL-də mübarizəni dayandırmalı olacaq və əsasnaməyə uyğun olaraq Avropa Liqasında mübarizə aparmalı olacaq. 
 
"Atlılar” sözügedən matçda qələbə qazanmaqla ölkə futbolu tarixində ilki də rəsmiləşdirə bilər. Belə ki, buna qədər heç bir klubumuz Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Odu ki, "Qarabağ” bu gün mütləq qələbə üçün oynamalı və ya 1 qol vurub, qapısını toxunulmaz saxlamağı bacarmalıdı.
 
UEFA Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu 
2 avqust 
 
20:30. "Qarabağ” - "Viktoriya” 1-1

Qol:Muarem Muarem,28 (1-0)
Hakimlər:Hüseyn Gökçek, Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz, Bariş Şimşek (hamısı Türkiyə). 
Hakim-inspektor:İqor Satkii (Moldova). 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr). 
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 
İlk oyun – 0:0. 

 

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right