Viktoriya rəsmisi Qarabağla bağlı səhvə görə üzr istədi

Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" "Viktoriya"nı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, oyunöncəsi mətbuat konfransında Plzen klubunun mətbuat xidmətinin rəhbəri Vaclav Hanzlik oyundan  öncə klubun saytında "Qarabağ"ın ermənilərin yaratdığı qondarma respublikanın təmsilçisi kimi göstərməsinə münasibət bildirib.

O, bunun yalnışlıqla baş verdiyini bildirərək, üzr istəyib:

"Biz "Qarabağ"la oynayacağımızı öyrəndikdən sonra "vikipediya"da bu komanda və Qarabağ barədə məlumatlar əldə etdik. Ancaq bu zaman belə bir səhv etdik. Səhvi anlayan kimi dərhal dəyişiklik etdik və buna görə üzr istədik. Bu hala görə bir daha üzr istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right