"Hər bir konfliktə qarşıyam" - "Viktoriya"nın baş məşqçisi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Pivarnik oyunla bağlı bunları deyib:

- İlk oyundakı qolsuz heç-heçə nədən xəbər verir: "Viktoriya"nın hücum xəttinin zəifliyindən, yoxsa "Qarabağ"ın müdafiə xəttinin gücündən?
- "Qarabağ" bizim kimi kombinasiyalı oyun oynayır. Onların müdafiəsi çox güclüdü. Hesabn açılmamasına əsas səbəb bu idi.

- Sabahkı oyunda kim qalib gələcək: Yaxşı müdafiə olunan, yoxsa, hücum edən?
- Rəqibi də, bizi də 0:0 hesabı qane etmir. Hər iki komanda hücum etmək istəyəcək. Həm "Qarabağ", həm də biz oyunun penaltilərə getməsini istəməz. Buna görə, hər iki komanda qol vurmağa çalışacaq.

- Hücum xəttində kimə şans verəcəksiz?
- Bu barədə keçən dəfə də sual verilmişdi. "Qarabağ"la biz oxşar oyun sərgiləyirik. Hücumda kimin oynayacağını deyə bilmərəm. Buna oyun başlayanda şahid olacaqsız.

- Havanın isti olması komandanın oyununa təsir edə bilər?
- Bizim bu cür hava şəraitində oyunlarımız olub. Avstriyada 32 dərəcədə oynamışıq. Bu cür həva şəraiti bizim üçün problem deyil.

- Komanda 2 gün öncə ölkə çempionatında oyun keçirib. Bu, komandada yorğunluğa səbəb ola bilər?
- Bu oyunların bir-birinə heç bir dəxli yoxdu. Bəzi oyunçulara həmin matçda şans verməmişdim. Yəni yorğunluqdan söhbət gedə bilməz.

- İki il öncə "Qarabağ" məhz çex hakim Miroslav Zelinkanın haqsız qərarəyıla Avropa Liqasından kənarda qaldı. Bununla bağlı nə deyə bilərsiz?
- Bundan xəbərim yoxdu.

- Püşkatmadan öncə potensial rəqibllər bəlli idi. "Qarabağ" sizə tanış idi? 
- "Qarabağ"la düşdükdən sonra bu komanda haqda məlumat toplamağa başladıq.

- Stadionun vəziyyətindən razı qaldız?
- Stadion çox gözəldi. Bu cür çox stadionda oynamışıq. Tofiq Bəhramovu tanımıram. Ancaq demək ki, ona çox hörmət edirlər ki, bu stadiona onun adını veriblər.

- Penalti seriyasına xüsusi hazırlaşmısız?
- Əlbəttə, hazırıq. Ancaq düşünürəm ki, oyun penaltilərə getməyəcək.

- Azərbaycan üçün "Qarabağ" adının necə mühüm olduğunu bilirsiz?
- Mən hər bir konfliktə qarşıyam. Ümid edirəm ki, bu konflikt tezliklə həll olunacaq. "Qarabağ"ın Bakıda oynaması bizə də təəccüblü gəldi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right