"Qarabağ" gözlədiyimiz kimi güclü komandadı" - "Viktoriya"nın kapitanı

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda sabah "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik mətbuat konfransında iştirak edib.

 

Newsport.az xəbər verir ki, o, jurnalistlərin cavablandırıb.

 

- "Qarabağ”ın səfərdə 0:0 hesablı heç-heçə etməsini tənqid etdilər. "Qarabağ”dan güclü oyun gözləyirdiniz?

- Oyun gözlədiyimiz kimi keçdi. Bu cür oyunu gözləyirdim. "Qarabağ" gözlədiyimiz kimi güclü komandadı.
 

- İlk oyunda qırmızı vərəqə olmasaydı, hesab fərqli ola bilərdi?

- Çətin sualdı. İstəməzdim ki, qırmızı vərəqə olsun.

 

- Havanın isti olması planlarınıza təsir etməyəcək?

- Belə oyunlar çox keçimişik. Axşam vaxtı olduğu üçün ciddi problemin olacağını düşünmürəm.

 

- "Qarabağ”dan hansı futbolçunun oyununu bəyəndiniz?

- "Qarabağ”ı komanda şəklində təhlil etmişik. Dəqiq hansısa oyunçunun adını çəkə bilmərəm. "Qarabağ" kollektiv halda yaxşı komandadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right