"Qarabağ"dan həddən artıq çox uğur gözləyirlər" - Qurbanov

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində son Çexiya çempionu “Viktoriya” Plzeni qəbul edəcək.

 

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

“Hər birinizi salamlayıram. Ağır oyuna çıxacağıq. Böyük şansımız var. İstəkli komandaya qarşı oynayacağıq. Artıq rəqibi daha yaxşı tanıyırırıq. Düşünürəm ki, dogma meydanımızda azarkeşlərimzin önündə daha güclü “Qarabağ” olacaq. Rəqibimizi də qalib gəlmək istəyir. Şanslar bərabərdir.

- “Qarabağ”ın öz oyunundan uzaq düşüb. İlk oyunda planınız necə idi?

- Rəqibin gücünü və evdə oynadığını nəzərə almalıyıq. “Viktoriya” ilk oyunda qalib gəlmək istəyirdi. Nəticədən çox şey aslıdır. Ola bilər ki, topla çox davranmadıq. Mən futbolçularımdan razı qalmışdım. Bura başqa turnirdir. Hər ölkənin qalibi burada çıxış edir. “Qarabağ”dan həddən artıq çox uğur gözləniyrlər. Amma belə turnirlərdə müdafiədə diqqətli olmalıyıq.

- Sabah əlavə dəqiqələrə hazırsınız?

- 90 dəqiqə ərzində desək ki, nəticə olacaq, yalançı olarıq. Hər şey ola bilər. Turnirin qaydaları var.

- Maksim Medvedev oyanay biləcək? Son məşqdə zədələnmişdi.

- Hər şey yaxşıdır. Maksim oynayacaq.

- Sabah start heyət ilk oyundaki kimi olacaq?

- 1-2 dəyişiklik ola bilər. Ciddi dəyişiklik olmayacaq.

- “Qarabağ” uduzsa, Avropa Liqasında mübarizə aparacaq. Bu haqda futbolçularla necə danışmısız?

- Çalışmalıyıq ki, rəqibi düzgün analiz edək. Çempionlar Liqasında kiçik şansımız varsa, bundan yararlanmalıyıq. Avropa Liqası haqda düşünmürük. Yalnız bu oyunu fikirləşirik. Bundan maksimum şəkildə istifadə etməliyik.

- İlk oyundan sonra “Qarabağ”I çox tənqid olunmuşdu. Tənqidlərlə razılaşırsız?

- Biri var fikir bildirmək, biri də var tənqid etmək. Biz səfərdən sərfəli nəticə ilə qayıtmışıq. Hər kəsin fikrinə hörmətlə yanaşmalıyıq. Futbolçularıma da tapşırmışam ki, hər kəs öz üzərinə düşəni etsin. Mən hər hansısa bir yazıya və bildirilən fikirə reaksiya versəm peşəkarlıqdan uzaq olaram. Bizim buna vaxtımız da yoxdur. Biz çalışırıq ki, öz işimizi layiqli şəkildə yerinə yetirək. Bəzən reallığa baxmaq lazımdır.

- Öz üzərinizdə təzyiq varmı?

- İlk növbədə mən özümü düzgün aparmalıyam. Təzyiq məndə daha çox olacaq. Amma büruzə vermək istəmirəm. Bu, normaldır.

- Son 3 mövsümdə “Qarabağ”pley-offda mübarizəni dayandırır. Tilsimi qırmağa hazırsız?

- Bu suallar çox verilir. Sizcə, mən istmərəm ki, Çempionlar Liqasının qrupuna vəsiqə qazanmayım? İstəyirəm ki, qrupa düşək. Bütün komanda bunu istəyir. Amma rəqibimiz də güclüdür.  Şansımızdan yararlanmılıyıq.

- Komandanı qrupa hazır görürsüz?

- Həmişə özümüzü düşünməməliyik. Rəqibizimiz bizdən güclüdür. Heç bir koamandadan çəkinmirik. Meydana çıxırıqsa, layiqli mübarizə aparmalıyıq.

- “Viktoriya” ilə ilk oyun günü komanda səhər tezdən məşq etmişdi. Bu komandaya mənfi təsir etməmişdi?

- Biz 8 saat yolda olmuşduq. Oyundan bir gün əvvəl məşq etməmişdik. Ona görə də səhər məşq etmişdik. Oyundan əvvəl isinməmiz daha az olur.

- Təlim-məşq toplanışında komandanın hazırlığın pik səviyyədə olmasını  turnirə görə hesablayırsız yoxsa Premyer Liqa oyununa görə?

- Təlim-məşq toplanışı tam başqa olur. Pik səviyyədə olmaq olmur. Komanda oyundan-oyuna açılır.

- Vüqar Nadiroun “Qarabağ”a dönüşü haqda fikirlərinizi bilmək maraqlı olardı…

- Vüqarın komandaya qayıtmasını mən istədim. O, “Qarabağ”a çox faydalı olub. Az müddətdə 3 klub dəyişdi. Bu, mənə çox pis təsir etdi. “Qarabağ”ın aparıcı üzvü olan futbolçunun boşda qalmasına psi olmuşdum. Yəqin ki, düzgün addım atmışam. Özü də hər şeyi başa düşür. Hazırda çox istəklə məşqlər edir.

- Peşmandır getdiyinə görə?

- Futbolçudan peşman olub-olmaması haqda soruşmuram. Futbolçunun karyerasında belə halların olması normaldır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right