SON MƏLUMAT: "Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı üçün bilet satışı davam edir.

Newsport.az saytının məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyuna artıq 17 min bilet satılıb.

Oyunun başlama saatına kimi bütün biletlərin satılması gözlənilir. Bir sözlə, mərkəzi arenada sabah baş tutacaq matçda anşlaq olacağı öncədən bəllidi.

Qeyd edək ki, oyun saat 20:30-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right