"Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Çexiyanın "Viktoriya" klubu arasında keçiriləcək cavab matçının biletləri iyulun 30-dan etibarən satışa çıxarılıb.

Newsport.az-ın məlumatına görə, ilk gündəcə 9 000 bilet satılıb.

Bilet satışı sabah saat 10:00-dan etibarən davam edəcək.

Qeyd edək ki, həm havaların isti keçməsinə, həm də oyuna maraq böyük olduğuna görə, kassalar axşam saat 20:30-a qədər işləyəcək. Öncədən, kassaların 20:00-a kimi işləyəcəyi bildirilirdi.

Qısa zamanda kassaya yaxınlaşıb bilet almağınız daha uyğundur. Qarşılaşmaya olan marağı nəzərə alaraq biletlərin erkən tükənmə ehtimalı yüksəkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right