"Qarabağ"la cavab matçına ciddi hazırlaşırıq" – "Viktoriya"nın baş məşqçisi

"Qarabağ"la cavab matçına ciddi hazırlaşırıq. Rəqibi qiymətləndirməməkdən çəkinməliyik. Futbolçuların cavab matçına da ilk görüşdəki kimi yanaşmalarını istəyirəm. Ancaq bu dəfə qol imkanlarından maksimum yararlanmağa çalışacağıq". 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlamasında deyib. 

Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında qarşılaşacaqları "Qarabağ"la görüşdə hücum futbolu oynayacaqlarını bildirib: 

"Bakıdakı cavab matçında hücum futbolu oynamalıyıq və rəqibi düzgün qiymətləndirməliyik. Oyunlar arasındakı fasilə kifayətdir. Dörd gün sonra bütün futbolçular hazır olacaq. Heyətdə ciddi dəyişikliyin olacağı gözlənilmir". 

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right