"Qarabağ"ın rəqibinin futbolçusu: "Mərhələ keçmək istəyirik"

"Bizim üçün Çempionlar Liqası daha vacib turnirdi. Ancaq daxili çempionatdakı mübarizədən də çəkinmək istəmirik. Mövsümün ilk matçında "Jihlava" ilə qarşılaşacağıq. Düşünürəm ki, "Jihlava" ilə qarşılaşma da asan olmayacaq".

Newsport.az-ın məlumatına görə, bu sözlər Çexiyanın "Viktoriya" komandasının futbolçusu Yan Kopiçə məxsusdu. 

Klubun rəsmi saytına açılama verən Çexiya millisinin 26 yaşlı üzvü Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la keçirəcəkləri cavab görüşü haqqında da danışıb. "Viktoriya"nın "10 nömrə"si "Qarabağ"la cavab qarşılaşmasında qələbə qazanmaq və mərhələ adlamaq istədiklərini bildirib: "Komandamız geniş heyətə malikdi. Baş məşqçi heyətdə müəyyən dəyişikliklər edə bilər. Biz kollektiv komandayıq və mübarizə aparmaq istəyirik. Baş məşqçimiz heyətdə dəyişiklik etsə, meydana çıxacaq hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. "Qarabağ"ı qiymətləndirməyə bilmərik. Cavab matçında hər birimiz maksimum gücünü ortaya qoyacaq. Çünki qələbə qazanmaq istəyirik". 

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right