Patrik Hroşovski: "Qarabağ"a qol vurmaq çox çətindir"

Çexiyanın "Viktoriya" klubunun yarımmüdafiəçisi Patrik Hroşovski Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, qolsuz bitən matçla bağlı bunları söyləyib:

"Qarabağ" yaxşı komandadır. Bu rəqibə qol vurmaq çox çətindir. Qolsuz heç-heçənin bizim üçün nə dərəcədə yaxşı nəticə olduğunu bir həftə sonra görəcəyik. Bu, bizim yeni mövsümdə ilk rəsmi matçımız idi. Növbəti oyunlarda qol və qollar vuracağımıza əminəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right