“Qarabağ”dan ilk

Azərbaycan klubları Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk dəfə səfər oyunlarında məğlubiyyət üzü görməyib.
Newsport.az-ın məlumatına görə, bu, "Qarabağ"ın sayəsində baş verib. Təmsilçimiz Çexiyanın "Viktoriya" klubu ilə səfərdə qolsuz sülhlə razılaşıb.   
 
"Atlılar" bundan əvvəlki 2 mövsümdə III təsnifat mərhələsində Avstriyada "Zalsburq"a 0:2, Şotlandiyaya "Seltik"ə 0:1 hesabı ilə uduzmuşdu. Daha əvvəlki səfər qarşılaşmalarında isə "Bakı"nın Bolqarıstanda "Levski"yə 0:2, "Neftçi"nin İsraildə "Hapoel"ə 0:4 hesablı məğlubiyyəti qeydə alınmışdı. Göründüyü kimi, 5-ci səfər matçında ilk dəfə uduzmasaq da, hələ də qol vura bilməmişik.   
 
Xatırladaq ki, "Qarabağ" ÇL-in III təsnifat mərhələsində yeganə qələbəmizi qazanan komandadır. Bu, həmin mərhələdə debüt etdiyi "Zalsburq"la ev oyununda 2:1 hesablı qalibiyyətdir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right